Sülhə baxış

Dağlıq Qarabağ münaqişəsinə baxışların analizi

Summary:

1990-cı illərin əvvəllərində başlamış Dağlıq Qarabağ münaqişəsi keçmiş SSRİ ərazisində ən təhlükəli və proqnozlaşdırılması çətin olan münaqişələrdən biri olaraq qalır. Münaqişə “dondurulmuş” olsa da mübahisəli Zonada beynəlxalq sərhəd və təmas xətti boyunca mülki şəxslər və hərbçilər həlak olmaqda davam edir.

Bundan savayı, 2016-cı ilin aprelindəki qanlı toqquşmalar bir daha bütün dünyaya tərəflərin münaqişənin “həlli” vasitəsi kimi hərbi qarşıdurmaya hazır olduqlarını göstərdi.

Bu münaqişə üzrə müxtəlif səviyyələrdə sülhməramlı təşəbbüslərdə iyirmi beş ildən çox təcrübəyə malik olan International Alert, müharibəyə mümkün alternativləri, münaqişənin cəmiyyətlərin özlərindən gələn transformasiya yollarını, həmçinin hazırda tərəflərin və xarici vasitəçilərin gündəmində duran imkan və yanaşmaları özündə əks etdirən bu tədqiqatı həyata keçirməyə cəhd edib.

Tədqiqatların nəticələri münaqişəyə aid olan rəngarəng və geniş yayılmış hipotezləri təsdiq edir. Bununla yanaşı Ermənistanda, Azərbaycanda və Dağlıq Qarabağda yaşayan insanlarda, eyni zamanda xarici vasitəçilərdə münaqişəyə münasibəti formalaşdıran bir sıra stereotiplərin inkarına səbəb olur.

Tədqiqatın nəticələri göstərir ki, hər üç cəmiyyəti bir sıra ümumi tendensiyalar birləşdirsə də, eyni zamanda münaqişə ətrafında problemlərin bir sıra aspektlərinə aid ciddi fərqlər mövcuddur.

Biz ümid edirik ki, bu işdə formalaşdırılmış nəticələr və tövsiyələr münaqişənin bütün tərəfləri, eyni zamanda sülh yolu ilə həllin axtarışı prosesinə cəlb edilmiş xarici aktyorlar üçün faydalı olacaq.

Download

(Armenian/English/Russian)

Daha çox oxu